XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 10:28

Ermənilər Ağdam istiqamətindən hücum etdi, ordumuz cavab tədbiri ilə susdurdu –MN-dən açıqlama

Mayın 16-da axşam saatlarından başlayaraq, gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən eyni zamanda tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib:

"Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb".

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.