XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 06:59

Binəqədi İcra Hakimiyyəti qarşısında fəhlə etirazı – FOTO, VİDEO

Binəqədi rayon Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşan bir qrup usta və fəhlə narazılıq edib. Onların şikayəti isə vaxtilə Binəqədi rayonundakı binaların fasad hissəsində apardıqları təmir-tikinti işlərinin haqqını uzun müddət ala bilməmələrindəndir.

Strateq.az ANS-ə istinadən bildirir ki, etirazçıların sözlərinə görə, podratçı şirkətin rəhbəri Qaraş Əliyev bütün bu işlərin sifarişçisinin Binəqədi Rayon İcra Hakimiyyəti olduğunu deyib. Sifarişçi qurum da ustaların pulunu ödməyib.

Şikayətçi Cəfər Şərbətov deyir ki, 12 işçinin gördüyü işin müqabilində 5 min manata yaxın alacağı var.

“Xeyli müddətdir ki, maaş ala bilmirik. Hər dəfə zəng edəndə də – maaşlar bu həftəni ikinci günü veriləcək. İkinci gün olanda isə deyirlər ki, bu həftənin üçüncü günü veriləcək. Mən özüm xəstəyə baxıram. Əgər əziyyət çəkirəmsə, maaş da almalıyam”, – deyə şikayətçi Elçin Mahmudov bildirib.

Problemlə əlaqədər olaraq podratçı şirkətin sahibi Qaraş Əliyevlə əlaqə saxlamaq isə mümkün olmadı.

Binqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva isə bildirib ki, onların qurumu sifarişçi olmayıb. Həmin şikayət edən usta və fəhlələrlə heç bir əlaqələri yoxdur. Podratçı şirkətin rəhbəri rayon icra hakimiyyətininin adından istifadə edir.

Bu zaman podratçı şirkətin sahibi fəhlələrdən birilə görüş təyin edib ki, onun şikayət etmək fikrindən daşındırsın. Ustlarla söhbəti zamanı, podratçı şirkətinin sahibi Qaraş Əliyev bildirib ki, sifarişçi Binqədi Rayon İcra Hakimiyyəti deyil. Sadəcə usta və fəhlələrə ayrılan pul ondadır. Soruşanda ki, bəs sifarişçi kimdir, maaşlar nə vaxt qaytarılacaq, o zaman belə cavab ortaya çıxıb: “Sifarişçi Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindir. Birlikdən müəyyən məbləğdə pul alanıb, amma pulun bir qismi isə qalır”.

Bundan başqa o, cəmi 30 işçiyə borclu qaldıqlarını deyib və əlavə edib ki, problem tez bir zamanda aradan qaldırılacaq.