XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 07:52

Rusiyanın Suriya ilə bağlı planı – 18 aylıq keçid dövrü
 
Suriyanın taleyi ilə bağlı Vyanada keçirilən danışıqlarda əldə olunan sənədə görə, Rusiya bu ölkədə 18 aylıq keçid dövrünün tətbiq olunmasını istəyir.
 
Strateq.az Avropa.info-ya istinadən xəbər verir ki, yalnız bundan sonra prezident seçkiləri keçirmək mümkün olacaq. Bu müddətdə Rusiyanın Əsədi prezident kimi görüb-görməməsi haqda bir şey deyilmir. Sənəddə növbədənkənar prezident seçkilərində Əsədin namizədliyini irəli sürməsi təklifi də yoxdur. Kreml danışıqlarda iştirak etməsi üçün Suriya müxalifətinə vahid cəbhədən çıxış etməyi təklif edir. 
 
Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın dediyinə görə hədəflərdən biri də Suriya müxalifətinin hansı nümayəndələri ilə danışıq aparacaqlarını müəyyən etməkdir. 
 
Xatırladaq ki, oktyabrın sonunda Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Qətər, İordaniya, Almaniya, Fransa, Misir, İtaliya, Böyük Britaniya, İraq və Livanın iştirakı ilə Vyanada Suriyanın taleyi ilə bağlı danışıqlar aparılmışdı.