XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 09:55

Naxçıvanda Ali Məclisə seçkilərin nəticələri təsdiqləndi

Naxcivan_Muxtar_Respublikasinin_Ali_Meclisi.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

Qərar dünən qəbul edilib və bu gün “Şərq qapısı” qəzetində dərc olunub.

Xatırladaq ki, 1 noyabr 2015-ci il tarixdə 45 seçki dairəsi üzrə 316 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələri ilə bağlı sənədlər baxılmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinə təqdim olunub.

Səsvermə günü Naxçıvan Muxtar Respublikası üzrə 45 seçki dairəsinin 316 seçki məntəqəsində səsvermə keçirilib. 

Seçki sənədləri yoxlanılarkən müəyyən edilib ki, Ali Məclisə seçkilərin keçirilməsi üçün yaradılmış 45 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 268463 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 205166 nəfəri, yəni 76.4 faizi səsvermədə iştirak edib.

Səsvermədə iştirak etmiş seçicilərin 205116 nəfəri bilavasitə seçki məntəqələrində, 50 nəfəri isə qanunun tələbinə uyğun olaraq səsvermə otağından kənarda səs veriblər. Seçki qutularında aşkar edilən 205165 bülletendən 203991 seçki bülleteni, yəni 99.4 faizi etibarlı hesab edilmiş, 1174 bülleten, yəni 0.6 faizi isə etibarsız hesab edilib.

Strateq.az