XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

11 Noyabr 2015 - 12:13

Prezident İlham Əliyev hərbi şəhərcikdə oldu – FOTOLAR

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.

Strateq.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib. İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış oldu. Məlumat verildi ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün güşələr yaradılıb.

Dövləti başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub, əsgər yataqxanasına baş çəkib.

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib. Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəlib, burada atıcı qurğulara baxıb.