XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2017 - 17:47

ABŞ-da Ərdoğanın mühafizəçiləri ilə kürdlər arasındaəlbəyaxa dava - VİDEO

Türkiyənin ABŞ-dakı səfirinin rezidensiyası önündə insident baş verib. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, insident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə rezidensiyanın önündə etiraz edən kürd və ermənilər arasında yaşanıb.

Şahidlərin dediyinə görə, etirazçılar səfirliyin önünə Kürd Demokratik Partiyasının bayraqları ilə gəliblər. Az sonra Ərdoğanın mühafizəçiləri ilə onlar arasında əlbəyaxa dava başlayıb. 8 nümayişçinin xəsarət aldığı bildirilir.

ABŞ polisi hadisə ilə bağlı iki nəfəri həbs edib. Onlardan biri polisə müqavimətdə təqsirli bilinir.

İnsident Ərdoğanla Donald Trampın görüşündən sonra baş verib. 

Qeyd edək ki, həmin görüşdə Türkiyə prezidenti ABŞ-la kürdlərin ittifaqını heç vaxt qəbul etəməyəcəklərini bildirmişdi.