Fransa prezidenti Fransua Ollandla İran lideri Həsən Ruhaninin nahar süfrəsi arxasında görüşü ləğv olunub. Olland Ruhani ilə nahar etməkdən imtina edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb prezidentlərin naharla bağlı menyuda razılığa gələ bilməməsidir. Fransa lideri yemək süfrəsində spirtli içkinin olmaması ilə razılaşmayıb.
İran tərəfi süfrədəki yeməklərin müsəlman ənənələrinə uyğun olmasını istəyib. Halal ət və süfrədə spirtli içkinin olmaması əsas şərt olub.
«The Independent»in yazdığına görə, Ruhani noyabrın 14-dən 17-dək Roma, Vatikan və Parisdə olacaq. Və İtaliya baş naziri Matteo Rentsi, Roma Papası Fransisklə görüşəcək. Sonra da Fransaya gedərək Fransua Ollandla danışıqlar aparacaq.
Bu, prezident Ruhaninin Avropaya ilk rəsmi səfəridir. Qeyd edək ki, nüvə sazişində Fransa ən kəskin mövqe nümayiş etdirmişdi.