XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 11:39

Fazil Mustafadan Elman Rüstəmova sərt ittiham: “… xalqı aldatmağa mənəvi haqqı çatmır”

fazil-mustafa.jpg

Strateq.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu gün Milli Məclisdə keçirilən səsvermə ilə bağlı fikirlərini açıqlayıb. Deputat yeganə olaraq yalnız onun Elman Rüstəmovun Milli Bankın İdarə Heyətinin üzvlüyünə seçilməsinin əleyhinə səs verdiyini bildirib:

“Bu gün Milli Məclisdə Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə təkcə mən səs verdim. Arqumentim bu idi ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu”.

Strateq.az