XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2017 - 14:23

BDU-nun dekan müavini tələbəni tutdurmaq istəyir –Məhkəmə şikayəti icraata götürüb

Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına qəbul edilib.

Bu haqda vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

APA