“ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin təmas xəttində gərginliyin azaldılması ilə bağlı məsələlər və addımlarla bağlı hərtərəfli müzakirə aparacağını gözləyir”. Bu barədə bu gün Amerika Sülh Korpusunun 23-cü qrupunun inaqurasiyası ilə bağlı tədbirdə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mayl bildirib.
Onun sözlərinə görə, ABŞ hər iki prezidentin ilin sonuna qədər görüş keçirmək qərarından çox məmnundur: “Bu hər iki tərəfdən çox müsbət addımdır. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun hər üç həmsədrinin yeni təkliflərinə və bu təkliflərin müzakirəsi üçün açıq olacaqlar”.
Strateq.az