Əfqanıstanın vitse-prezidenti Əbdül Rəşid Dustum Türkiyəyə yollanıb. Onun media müşaviri Yasin Kamoş mayın 19-da AzadlıqRadiosu-na deyib ki, Dustum Türkiyəyə müalicə məqsədiylə gedib.
Daha bir rəsmi də onun Türkiyədə müalicə bitəndən sonra qayıdacağını söyləyib.
Bu arada Əfqanıstandan gələn məlumatlara görə, Dustum tərəfdarları ötən il onun siyasi rəqibini oğurlayıblar. Bu iddialar ortaya çıxandan yerli və beynəlxalq qurumlar araşdırma aparılmasına, Dustumun mühakimə olunmasına çağırıblar.
Əfqanıstan parlamentinin üzvü Başid Əhməd Tayanj, Dustumun adam oğurluğunda iştirakıyla bağlı iddialar üzündən mühacirətə qaçmasına dair spekulyasiyanı rədd edib.
Azadliq.org