"Rusiya istənilən hücuma cavab verə biləcək sülhsevər ölkədir".
Bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.
O bildirib ki, Rusiya üçün ən önəmlisi özünün və müttəfiqlərinin sərhədlərini qorumaqdır:
“Potensial düşmənlərimizə qarşı rəqəmlərlə deyil, silahlı qüvvələrimizin böyük bacarıqları ilə cavab verməyə hazırıq. 2025-ci ilə qədər əlimizdə robot sistemlər olacaq. Aviakosmik qüvvələrimizdə yenilənmə davam edir”/Axar.az.