XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2017 - 16:55

Hökumət qüvvələri ilə Rusiyanın dəstək verdiyi qrup arasında şiddətli döyüş –141 nəfər öldürüldü

Liviyada BMT tərəfindən tanınan Beynəlxalq Anlaşma Hökumətinə bağlı olan Üçüncü Qüvvənin tabeliyindəki polislərlə Birləşmiş Ərəb Əmirlikləri-Misir və Rusiyanın dəstəklədiyi  "Xəlifə Xəftar" əsgərləri arasında şiddətli döyüş olub.

Strateq.az Türkiyə mediasina istinadən bildirir ki, Liviyanın tanınan hökumətinə bağlı olan polislər "Xəlifə Xəftar"ın "Brak el-Şati" adlı hərbi hava bazasına hücum edib.

 "Xəlifə Xəftar"ın sözçüsü Ahmed el-Mesmari deyib ki,  hücum nəticəsində aralarında mülki şəxslər olmaqla, 141 nəfər öldürülüb: "Öldürülən əsgərlərin çoxu silahsız olub. Onların çoxunu qətlə yetiriblər".

Strateq.az