XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 16:34

“Yenə də sui-istifadə edənlər tapılacaq” – Tanınmış iqtisadçıdan gözlənilməz reaksiya

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən azad edilməsinə tanınmış iqtisadçı Qubad İbadoğlundan diqqətçəkən reaksiya verilib.

Strateq.az xəbər verir ki, həbsdə olan Arif Yunusun buraxılmasını təqdirəlayiq sayan Q.İbadoğlu nazirin vəzifədən çıxarılmasını xoş qarşılamayıb:

“Bu gün ABŞ vaxtı ilə Azərbaycan internet informasiya məkanında səhər “gəzinti”si edərkən iki xəbər diqqətimi çəkdi. Onlardan biri – Arif Yunusun şərtlə olsa da azadlıq haqqına qovuşması çox sevindiricidir, məhkəmənin bu qərarını bəyəndim. Davamlı olmasını arzulayıram.

İkincisi, Əli Abbasovun rabitə naziri vəzifəsindən çıxarılmasıdır, bu da çox düşündürücü və təəssüfləndiricidir. Dövlət başçısının səlahiyyətində olan bu məsələyə hüquqi qiymət vermək niyyətində deyiləm. Amma onu deyə bilərəm ki, Əli Abbasov bu iqtidarın yerində olan azsaylı kadrlarından biri idi. Mən onun barəsində müsbət fikrimi əvvəllər də bölüşmüşəm. Baxmayaraq ki, bilirəm ki, hazırkı mövqeyimdən yenə də sui-istifadə edənlər tapılacaq, amma indi də həmin fikirdə qalıram. özüm də bilirəm ki, bu gündən başlayaraq, mənim sərgilədiyim mövqenin əksini bölüşənlər üçün mətbuatda geniş imkanlar açılır. Ancaq həmişə düşünmüşəm ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır”.

Strateq.az