XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2017 - 19:59

Prezident daha iki tanınmış şəxsi təltif etdi –Sərəncam

Prezident İlham Əliyev İbrahim Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan elminin inkişafında xidmətlərinə görə İbrahim Said oğlu Quliyev "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edəki, İ.Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktorudur.

*** 

Prezident İlham Əliyev bu gün 96 yaşlı Fatma Səttarova haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Xatırladaq ki, Səttarova Fatma Hüseyn qızı 1922-ci ildə Bakı şəhərində anadan olub. O, 1941-ci ildə könüllü surətdə cəbhəyə gedərək, Moskva ətrafı və Leninqrad döyüşlərində edib.

Onun alman faşizminə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, şücayətlər barədə çox yazılıb, çox danışılıb.

Strateq.az