XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 10:09

Mançesterdə dəhşətli terror –22 nəfər ölüb, 59 yaralı var + FOTOLAR

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 insan yaralanıb.

Bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir.

"Hazırda 22 nəfərin öldüyü təsdiqlənib, 59 insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

APA