XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 12:16

Ruhanidən ABŞ-a mesaj:"Trampın komandası Yaxın Şərqi anlamır"

ABŞ Prezidenti Donald Trampın qatıldığı ABŞ-Ərəb-İslam ölkələri sammiti siyasi dəyəri olmayan teatr idi.

Bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani söyləyib.

“Səudiyyə Ərəbistanındakı toplantı sadəcə şou idi. Bunun siyasi və ya praktik olaraq heç bir dəyəri yoxdur. Terrorizmi xalqın pulunu supergücə verərək, həll edə bilməzsiniz. Kim İran olmadan Yaxın Şərqdə sabitliyin bərpa olunacağını söyləyə bilər?

Donald Trampın siyasətində çatışmazlıqlar var. Onun komandası Yaxın Şərqi anlamır. Biz ABŞ-la münasibətlərin normallaşmasına ümid edirik. İran bundan sonra da İraq və Suriyada terrorizmə qarşı mübarizəsini davam etdirəcək”, – deyə, o, bildirib/Axar.az.