XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 12:26

Sarı zolaq qadağası:Götürülüb, ya qalır?

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtomobillərin paytaxtın bəzi küçə və yollarında hərəkətinə tətbiq olunan “sarı zolaq” məhdudiyyəti başa çatıb.

Dünən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qadağaların 23 may saat 12:00-da götürüləcəyi ilə bağlı yaydığı məlumatı idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov Axar.az-a təsdiqləyib.

Qeyd edək ki, qadağalar mayın 25-nə qədər nəzərdə tutulsa da, ötən gün paytaxtdakı sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əvvəlki qərarına dəyişiklik edib və qadağaların 23 may saat 12:00-dan götürüləcəyi məlumatını yayıb. V.Əsədov isə az öncə mediaya verdiyi açıqlamada son qərardan xəbərsiz olaraq qadağanın mayın 25-də götürüləcəyini demişdi.