XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 14:12

“Putinin şəxsi aşbazı çirkli pulları gətirib Ermənistanda yuyur” –Erməni ekspert

"Putinin şəxsi aşbazı öz çirkli pullarını gətirib Ermənistanda yuyur".

Bu barədə erməni ekspert Ruben Meqrabyan Ermənistan hakimiyyətinin rusiyayönümlü siyasətini tənqid edərkən deyib.

Onun sözlərinə görə, İrəvandakı hakimiyyət Moskvaya sitayiş edir: “Çünki bu hakimiyyətin qalmasını ruslar təmin edir və bu təminat nə qədər davam edəcəksə, sitayiş də o qədər olacaq”.

Erməni ekspert hakimiyyətin Ermənistana qoyulan Rusiya investisiyaları haqda dediklərini də tənqid edib.

“Halbuki bunu investisiya adlandırmaq olmaz. Onlar çirkli pulları gətirib burada yuyurlar. Putinin şəxsi aşpazı Erebuni hərbi bazasının ərazisində öz firmasını açıb, istədiyi kimi davranır. Budur Rusiya investisiyaları?” – deyə, o, bildirib/Publika.az.