XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2017 - 14:37

Mançesterdə daha bir partlayış –Ticarət mərkəzi boşaldıldı, polis ərazini mühasirəyə aldı

Ötən gün Mançester şəhərində törədilən terror aktının ardından bu gün İngiltərədə daha bir terror xəbəri yayılıb.

Strateq.az "Röyters"ə istinadən bildirir ki, Mançesterdə böyük bir ticarət mərkəzində partlayış  baş verib:

"Partlayışın ardından mərkəz dərhal boşaldılıb. Əraziyə təhlükəsizlik qüvvələri yeridilib. Ticarət mərkəzi polis tərəfindən tam mühasirəyə alınıb. Partlayışın təfərrüatı hazırda dəqiqləşdirilir".

Məlumatda partlayış zamanı ölən və yaralananlar haqda hələlik məlumat veirlməyib.

Hadisə ilə bağlı polisdən ilkin açıqlama verilib. Bildirilib ki, ticarət mərkəzində bir nəfərə qarşı əməliyyat keçirilib və o, saxlanılıb: "Həyəcana, təlaşa ehtiyac yoxdur, hər şey nəzarət altına alınıb".

Hazırda şəhərdə əhali böyük təlaş içindədir, küçələrə çıxmağa ehtiiyat edirlər.

Xatırladaq ki, dünən Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb. Hadisəni İŞİD öz üzərinə götürüb.

Strateq.az