ABŞ Ukraynaya ultimativ tonda xəbərdarlıq göndərib. Birləşmiş Ştatların maliyyə naziri Ceykob Lyu rəsmi Kiyevə açıq şəkildə çatdırıb ki, islahat olmasa, pul da olmayacaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Ukraynadan islahatların aparılması və korrupsiyaya qarşı mübarizə sahəsində nəzərəçarpacaq irəliləyiş gözləyir: «Əgər rəsmi Kiyev qərbli tərəfdaşlarından bundan sonra da yardım almağı düşünürsə, söz verdiyi islahatlarda irəliləyişə nail olmalıdır. Həm ABŞ-ın, həm Beynəlxalq Valyuta Fondunun, həm də digər Qərb dövlətlərinin Ukraynaya bundan sonra yardım ayırıb-ayırmaması bundan asılı olacaq».