XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2015 - 13:16

Diplomatları oğurlamaq istəyən İŞİD-çi dəstə həbs olundu: «Bu, son 20 ilin ən uğurlu əməliyyatıdır»

İtaliya, Britaniya, Norveç və Finlandiyada eyni vaxtda keçirilən antiterror əməliyyatında İŞİD-in 16 üzvü həbs olunub. Onlardan biri kosovolu, qalanları kürdlərdir.

Strateq.az xarici mətbuaata istinadən xəbər verir ki, İŞİD-çilər Britaniya və Norveçin Yaxın Şərqdə fəaliyyət göstərən diplomatlarını oğurlamağı planlaşdırırmış.

Oğurlanan diplomatların müqabilində Avropada həbsdə olan İŞİD liderini azad etmək tələb olunacaqdı. 

Mulla Krekar 

«The Guardian»ın məlumatına görə, Norveçdə həbs olunanlar arasında “İnsar-əl-İslam” qruplaşmasının rəhbəri Mulla Krekar da var. 

İtaliyanın Terrora Qarşı Mübarizə İdarəsinin rəisi Cuzeppe Qovernale bildirib ki, bu, Avropa polisinin son 20 ildə həyata keçirdiyi ən uğurlu əməliyyatdır.

Əməliyyatda İtaliya, Britaniya, Norveç, Finlandiya, Almaniya və İsveçrə hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.