XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 13:55

Prezident “Qiyamçı diplomat” haqda sərəncam verdi – Arif Məmmədov rütbədən məhrum edildi
Bu gün prezident İlham Əliyev daha bir sərəncam verib.
 
Strateq.az xəbər verir ki, sərəncama əsasən Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib.
 
Xatırladaq ki, Arif Məmmədov bir neçə ay əvvələ qədər mərkəzi qərargahı Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında Azərbaycan nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub. O, Binəqədidə yanan binayla bağlı sosial şəbəkədə kəskin status paylaşdıqdan sonra hakimiyyət əleyhinə çıxışlarla seçilir.
 
Strateq.az