XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2015 - 00:59

«Bu, Fransanın 11 sentyabrıdır» – İŞİD məsuliyyəti üzərinə götürdü

İŞİD Parisdəki terrora görə məsuliyyəti üzərinə götürüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliyanın «Sky Tg24» telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, İŞİD bu terror aktını Suriyaya görə törətdiyini bildirib. Və bunu Fransanın 11 sentyabrı adlandırıb.

“SİTE” internet portalının baş redaktoru Rita Kats “Twitter” hesabında yazıb ki, İŞİD Fransaya terror aktı barədə əvvəldən xəbərdarlıq etmişdi: “İŞİD üzvləri bildirmişdilər ki, 11 sentyabr ABŞ üçün nədirsə, 14 noyabr da Fransa üçün elə olacaq”.

Terrorçulardan birinin terror aktı zamanı qışqıraraq bu addımın beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı törətdiklərinə cavab olduğunu dediyi bildirilir.