XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 May 2017 - 16:57

AMEA-da dəyişikliklər –Yeni direktor, müavin və elmi katiblər təyin olundu (SİYAHI)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin genişləndirilmiş iclasında bir sıra kadr məsələlərinə baxılıb.

AMEA-dan verilən xəbərə görə, Rəyasət Heyətinin qərarı ilə akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər.

Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova AMEA Mərkəzi Nəbatat Bağının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova AMEA Botanika İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva isə həmin institutun elmi katibi vəzifələrinə təyin olunublar.

APA