XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 01:16

Fransa 2-ci dəfə qana boyandı – 100 girov öldürüldü (VİDEO)

Parisin “Bataklan” teatrında insanların girovluqdan  azad edilməsi əməliyyatı faciəylə nəticələnib.

Polis və təhlükəsizlik qüvvələri girovların həyatını xilas edə bilməyiblər. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, teatr binasında ard-arda 6 dəfə partlayış olub. Və zalda olan 100 nəfərin hamısı həyatını itirib. 

“Associated Press” xşbər verir ki, “Bataclan” konsert zalında atışma təxminən yarım saat davam edib. 

Şahidlərin sözlərinə görə, zaldakı tamaşaçılara təxminən on dəqiqə ərzində “Kalaşnikov” avtomatından atəş açılıb.

Cinayətkarlar üzlərini gizlətməyiblər. Onlar təxminən 20-25 yaşlarında olublar. Girovluqdan qaçmağı bacaran şahid deyib ki, o qaçanda zalda təxminən iyirmi nəfər ölü və onlarla yaralı olub.

Girovların ölməsi xəbərini paytaxt polisi və meriyası da təsdiqləyib. Hazırda prezident Fransua Olland hadisə yerinə gedir.

Hücum zamanı teatrın konsert zalında “Eagles of Death Metal” rok qrupunun konserti gedirmiş.

Fransada fövqəladə vəziyyət elan olunub, paytaxta ordu yeridilib. Prezident ölkənin dövlət sərhədlərini bağlamaq barədə göstəriş verib.