Mançesterdə terror aktı törədən Salman Abedinin atası saxlanılıb.
"RİA Novosti"nin verdiyi xəbərə görə, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.
Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir. Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.
Xatırladaq ki, Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.
"Reuters"in verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.
Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini Tripolidə yaşayan qardaşların atası Ramadan Abedi təsdiqləyib.
Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, bundan əvvəl Mançesterdə törədilən terror aktı ilə əlaqədar terrorçu-kamikadze Salman Abedinin iki qardaşı da saxlanılıb. Mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
APA