XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2017 - 13:12

ABB Müşahidə Şurasının sədri:“İndi istənilən şəxs öz əmanətini bankdan götürə bilər"

Azərbaycan Beynəlxalq Bankında (ABB) əmanətlərin çıxarılması ilə bağlı heç bir məhdudiyyət və ya problem yoxdur".

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı maliyyə nazirinin müavini,  ABB Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

O qeyd edib ki, bank rəhbərliyi bu məsələ ilə bağlı kifayət qədər açıqlamalar verib:

“İndi istənilən şəxs öz əmanətini bankdan götürə bilər. Amma hesab edirəm ki, bunun üçün heç bir səbəb və ya zərurət yoxdur, çünki borcun təkrar strukturlaşdırılması prosesi yalnız xarici kreditorlarla bağlıdır”.

Trend