Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya gedib.
Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazirin səfərinin məqsədi Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.