“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın rolu böyükdür”.
Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Nazir deyib ki, Gürcüstan təbii qaza olan tələbatını da Azərbaycanın hesabına ödəyir: “Biz bu gün Azərbaycan qazından aslıyıq. Azərbaycan strateji tərəfdaşımız kimi bizə çox kömək edir. Eyni zamanda, Azərbaycan Gürcüstana böyük həcmdə investisiya yatıran ölkədir”.
Gürcüstanda yeraltı qaz anbarının tikintisinə toxunan nazir söyləyib ki, layihə işlərində bəzi problemlər yaranıb. Ona görə də bu işlər bir qədər ləngiyib: “Bütün prosedur işlər tezliklə başa çatacaq və gələn ilin əvvəllərində qaz anbarının tikintisinə başlayacağıq”.
Report