İran prezidenti Həsən Ruhani Parisdə terror hücumlarından sonra Avropaya dörd günlük səfərini təxirə salıb.
Həsən Ruhani bu hücumları “insanlığa qarşı cinayət” adlandırıb.
İran prezidenti Tehranın mübahisəli nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş beynəlxalq sanksiyalardan sonra biznes və diplomatik əlaqələrin yaxşılaşdırılması məqsədilə İtaliya, Vatikan və Fransaya səfər etməyi planlaşdırırdı.
Avropaya səfər zamanı Həsən Ruhaninin İtaliyanın Baş naziri Matteo Renzi və Vatikanda Roma Papası Fransislə görüşləri gözlənilirdi. Həsən Ruhanin bazar günü Fransaya səfəri və səfər çərçivəsində Fransa prezidenti Fransua Olland danışıqları və başqa görüşləri planlaşdırılmışdı.
İran prezidentinin səfərinin nə zaman baş tutacağı ilə bağlı məlumat verilməyib.