XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 15:11

Moskvada nəqliyyat obyektlərində terrora cəhd –4 İŞİD-çi saxlanıldı

Moskvada nəqliyyat obyektlərində terror aktları törətməyi planlaşdıran 4 nəfər saxlanılıb.

Saxlanılanlar İŞİD terror qruplaşmasına mənsub olub.

Onların rusiyalı və Mərkəzi Asiya ölkələrinin vətəndaşları olduğu barədə məlumat verilib.

Axtarış zamanı həmin şəxslərdə müxtəlif partlayıcılar, odlu silah və sursatlar, ekstremist ədəbiyyat və videoyazılar aşkar edilib.

Bu şəxslərin terror aktları törətdikdən Suriyaya getməyi planlaşdırdıqları məlum olub/Trend.