XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 16:36

Daşkəsən rayonunda güclü qasırğa – Dağıntılar var

qasirqa.jpg

Daşkəsən rayonunda güclü qasırğa olub. «Report»un məlumatına görə, gecə saatlarında baş verən təbii fəlakət nəticəsində Daşkəsən şəhərinin 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.

Şəhər İncəsənət Məktəbinin inzibati binası, S.Vurğun küçəsi 2 nömrəli və Ş.İ.Xətai küçəsi 4 nömrəli yaşayış binalarının dam örtüklərini taxta konstruksiyalarla birlikdə külək tamamilə yerə atıb.

Evlərinə ciddi ziyan dəyən 200-ə yaxın sakin müvəqqəti olaraq Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.

Külək nəticəsində şəhərin elektrik xətlərinə də ziyan dəyib. Hazırda şəhərin işıqsız qalan ərazilərinə elektrikin bərpası üçün iş aparılır. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün rayonun aidiyyəti qurumları tərəfindən təmizləmə işləri görülür. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayona dəyən ziyanı hesablamaq üçün araşdırma aparırlar.