XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 15:54

Ərdoğanla Makron Brüsseldə bir araya gəldi –45 dəqiqəlik görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun sammiti çərçivəsində Fransanın yeni dövlət başçısı Emmanuel Makronla görüşüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, iki liderin danışıqları 45 dəqiqə davam edib.

İnformasiyaya əsasən, prezidentlərin görüşü KİV üçün qapalı keçirilib. Görüşdə R.T.Ərdoğanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müşayət edib.

Xatırladaq ki, mayın 25-də Brüsseldə NATO-nuin zirvə toplantısı başlayıb. Toplantı çərçivəsində R.T.Ərdoğanın Almaniya kansleri Angel Merkellə də görüşü nəzərdə tutulub.