XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2017 - 18:33

Komitə sədri və sabiq komandan haqda sərəncam –Prezident onları təltif etdi

Prezident İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Sərhəd Qoşunlarının sabiq komandanı Abbasəli Novruzov haqda da sərəncamlar verib.

Strateq.az xəbər verir ki, Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev  “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov  “Şöhrət” ordeni ilə təltif olunub.

Xatırladaq ki, Abbasəli Novruzovun mayın 24-də 80 yaşı tamam olub. Aydın Əliyevin isə mayın 28-də 60 yaşı tamam olacaq.

Starteq.az