XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 21:34

Sabiq baş nazirin hərəkətdə olan maşınında partlayış –Papadimos və 2 nəfər ağır yaralandı

Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun içində olduğu xidməti avtomobili hərəkətdə olarkən partladılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində sabiq baş nazir və maşında olan iki nəfər ağır yaralanıblar:

"Papadimos və maşında olan 2 nəfər Afina Evangelismos Xəstəxanasına qaldırılıb. Sinəsindən və ayaqlarından ağır yaralanan Papadimos əməliyyat otağına aparılıb".

Yerli mətbuatda partlayışın Papadimosa göndərilən bağlamanın maşının içində açılması nəticəsində baş verdiyi bildirilir. 

Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.

Strateq.az