XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2017 - 22:57

Merkel Ərdoğandan terrorda ittiham edilən həbsdəki jurnalisti istədi:"Onu azadlığa buraxın"

merkel-erdoqan-1.jpg

Almaniya kansleri Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Brüsseldə NATO sammiti çərçivəsində görüş baş tutub.

Görüşdə kansler hazırda Türkiyədə həbsdə olan alman jurnalist Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib.

Bundan əlavə, tərəflər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar.

Xatırladaq ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan “Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib/Axar.az.