XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2015 - 06:59

Fransa 2-ci terrorçunun adını açıqladı

Fransa hökuməti ikinci terrorçunun da adını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İsmayıl ömər Mustafadır.

Bu barədə Fransanın Şartr şəhərinin meri, deputat Pyer Jorj məlumat verib. Onun sözlərinə görə, terrorçu 2012-ci ilə qədər Şartr şəhərində yaşayıb.

Qeyd edək ki, Fransa polisi 8 terrorçudan 3-nün şəxsiyyətini müəyyən edib. Onlardan biri Fransa, biri Misir, biri də Suriya vətəndaşıdır.

Suriya vətəndaşı Suriyadan qaçqın kimi Yunanıstana, oradan da Fransaya keçib.

Rəsmi məlumatlara görə, Paris terrorunda 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.