XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2017 - 01:12

“Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşü olacaq” –Rusiyalı nazir müavini

"Bu il Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşü olacaq".

Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, iki ölkə rəhbəri olduqca tez-tez görüşür: "Ən yaxın görüşün Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində iyunun 8-9-da Astanada keçiriləcəyi gözlənilir".

Rusiya XİN başçısının müavini hər iki dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştiraklarını təsdiqlədiklərini söyləyib: "Ona görə də onların söhbət etmək üçün gözəl imkanı var. Bilirəm ki, Vladimir Vladimiroviç və İlham Heydər oğlu bu təmasları çox qiymətləndirirlər. Nə vaxt ki, iki prezident razılaşırlar, qalan dövlət strukturları və hətta ictimai strukturlar bu müsbət tona uyğunlaşırlar, bunu münasibətlərin gələcək inkişafı üçün siqnal kimi qəbul edirlər".

APA