Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitnin iştirakçıları şərəfinə Anatlyada şam yeməyi təşkil edib. ANS PRESS-in məlumatına görə, şam yeməyi sammitin keçirildiyi oteldə baş tutub.
Prezident İlham Əliyev də xanımı Mehriban Əliyeva ilə şam yeməyinə qatılıblar.
Şam yeməyindən sonra qonaqlar mərmər və şüşədən hazırlanan ənənəvi Türkiyə sənətinin incəsənət nümunələrinin sərgisi ilə tanış olublar. Dünya liderləri əl işlərininə diqqətlə baxıblar və sərgidə olan işlərin müəllifləri ilə söhbət edərək eksponatlar haqda ətraflı məlumat əldə ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevada “Böyük İyirmilik” sammitində iştirak etmək üçün ötən gün Antalyaya gediblər . Azərbaycan Prezidenti sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak edir
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə də tanış olublar.