Fransanın Avropa 1 radiosu Parisdə terror aktı ilə bağlı araşdırma aparan polis şəhərin şərq hissəsində tərk edilən daha bir avtomobil aşkarlayıb. Seat markalı qara avtomobildən restoran və kafelərə atəş açan terrorçuların istifadə etdiyi ehtimal olunur.
Fransa paytaxtında teatra hücum edənlərin hələ azadlıqda olduğu, yoxsa Belçikada həbs olunanlar arasında olması dəqiqləşməyib. Qeyd edək ki, Belçikada Parisdəki terror aktı ilə bağlı əlaqəsi olan 7 nəfərin saxlanıldığı barədə məlumat yayılıb.
Fransanın BFMTV kanalı Prisdəki Batalkan teatrında özünü partladan terrorçunun 6 qohumunun da həbs edildiyi barədə xəbər yayıb. Cümə günü onun atası və 29 yaşlı qardaşının evlərində axtarış aparılmışdı.
Strateq.az