28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən KİV nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.
Trend-in məlumatına görə, Dövlət Bayrağı Meydanından başlayan yürüş Saat qülləsində yekunlaşıb.
Tədbir iştirakçılarına diplomlar təqdim olunub.
Yürüşdə DTX-nin rəisi Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də iştirak ediblər.