Misir Hərbi Hava Qüvvələri mayın 26-da islamçı terrorçuların düşərgələrini bombardman edib.
Bunu xalqa müraciəti zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi söyləyib.
O, bu addımı xristianlara edilən hücuma görə atdığını bildirib.
Sisi çıxışı zamanı bombardman edilən düşərgələrin harada yerləşdiyini söyləməyib.
“Assoşeyted Press” agentliyi isə öz mənbələrinə istinadən bu düşərgələrin Liviyanın şərqində yerləşdiyini bildirib.
Qeyd edək ki, dünən Misirdə xristianları daşıyan avtobus terrorçular tərəfindən gülləbaran edilib. Nəticədə 23 nəfər yerindəcə ölüb, 25 adam yaralanıb. 5 yaralı isə xəstəxanada dünyasını dəyişib/Axar.az.