XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 Noyabr 2015 - 19:38

Prezident İlham Əliyev G 20 sammitində çıxış etdi

Bu gün Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın prezidenti İlham Əliyev çıxış edib.

Strateq.az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Sonra Azərbaycan prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanıdadır.

Daha sonra prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkədə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.