XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

27 May 2017 - 18:48

İran Mosulda böyük itki verdi –General döyüşdə həlak oldu

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri general Qasım Süleymaninin müşaviri general Şaban Nəsiri Mosulda gedən döyüşlərdə həlak olub.

Bu barədə “Assoşieyted Press” agentliyi İraq məmurlarından birinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Süleymaninin müşavirinin öldürülməsi İranın Mosuldakı komandirləri arasında ən böyük itkidir.

Onun sözləriunə görə, Nəsiri cümə günü şəhərin qərb hissəsi uğrunda gedən döyüşlər zaman baş verən partlayış nəticəsində həlak olub.

Qeyd edək ki, Qasım Süleymani SEPAH-ın Əl Qüds bölməsinə və İranın İraqdakı hərbi müşavirlərinin işinə rəhbərlik edir./Axar.az