XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2017 - 18:57

Filippin prezidentindən orduya şok müraciət:"Cavabdeh mənəm"

"Əsgərlərim üçün həbsə girərəm".

Bu sözləri qalmaqallı açıqlamaları ilə tanınan Filippin lideri Rodrige Duterte deyib.

“Siz məğlub olsanız, mən də uduzaram. Əgər biriniz 3 qadına təcavüz etsə, etiraf edin. Məsuliyyəti şəxsən mən öz üzərimə götürərəm. Fövqəladə halların nəticələrinə görə mən cavabdehəm”, – prezident bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Moskvaya Putinlə görüşə gələn Filippin lideri İŞİD terrorçularının Mindanao şəhərinə hücum etdiyi xəbərini aldıqdan sonra təcili ölkəsinə qayıtmalı olub. O, Putinlə görüşünü də təxirə salıb/Axar.az.