XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2015 - 10:11

Prezident İlham Əliyevdən Allahşükür Paşazadə haqda sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Allahşükür Hümmət oğlu Paşazadə

Aleksandr Gennadyeviç İşein

Vladimir Fekete

Milix İlxananoviç Yevdayev

Gennadi Konstantinoviç Zelmanoviç

Robert Baqratoviç Mobili