XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2015 - 10:49

Fransa İŞİD-in üzərinə yazılı bombalar yağdırdı – “Parisdən sevgilərlə” (FOTO)

Paris terrorunun ardından Fransa İŞİD-in paytaxt elan etdiyi Raqqa şəhərini bombardman edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi 10 qırıcı təyyarənin iştirak etdiyi hava əməliyyatında İŞİD-in mövqelərinə 20 bomba atıldığını bildirib.

Hücum zamanı istifadə olunan bombaların üzərinə isə «From Paris with love» (Parisdən sevgilərlə) sözləri yazılıb. Bombaların fotoları sosial şəbəkələrdə paylaşılıb.

Əməliyyat zamanı İŞİD-çilərin təlim keçdiyi düşərgələrdən də biri vurulub.