XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

29 May 2017 - 23:49

Rusiyada böyük mitinqlər başlayır –200 şəhər eyni anda “Cavab tələb edirik” deyəcək

Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları Rusiyanın 200 şəhərində etiraz aksiyalarına hazırlaşırlar.

Korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq.

Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.

Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.

Bütün Rusiyanı əhatə edən aksiyalarda minlərlə etirazçı həbs edilmişdi/Axar.az.