XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 10:53

Moskvadakı qasırğada ölənlərin sayı 14-ə, yaralıların sayı 150-yə çatıb –Rəsmi

Dünən Moskvada baş verən qasırğa nəticəsində, ölənlərin sayı 14-ə, xəsarət alanların sayı 150 nəfərə çatıb.

Strateq.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, yaralananlar arasında 20-dən çox uşaq da var.

Qeyd edək ki, qasırğa səbəbindən şəhərdə xeyli ağaclar aşıb, şəxsi avtomobillərə və tiklilərə ciddi zərər dəyib.